36+1?

Standart

36  Avropa Yayım Birliyi bu ilin may ayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Avroviziya Mahnı Müsabiqəsi”ndə 36 ölkənin mübarizə aparacağını açıqladı. Sloveniya önümüzdəki həftə içində iştirakını təsdiqlədiyi halda  iştirakçı ölkələrin sayı 37-ə çatacaq.

İştirakını təsdiq edən 36 ölkə:

Albaniya (RTSH)
Almaniya (NDR)
Avstriya (ORF)
Azərbaycan (Ictimai TV)
Belarus (BTRC)
Belçika (VRT)
Böyük Britaniya (BBC)
Çernoqoriya (RTCG)
Danimarka (DR)
Ermənistan (AMPTV)
Estoniya (ERR)
Finlandiya (YLE)
Fransa (France 3)
Gürcüstan (GPB)
Hollandiya (AvroTros)
İspaniya (TVE)
İsveç (SVT)
İsveçrə (SRG SSR)
İslandiya (RÚV)
İrlandiya (RTE)
İsrail (ABB)
İtaliya (RAI)
Latviya (LTV)
Litva (LRT)
Macarıstan (MTV)
Makedoniya (MKRTV)
Malta (PBS)
Moldova (TRM)
Norveç (NRK)
Polşa (TVP)
Portuqaliya (RTP)
Rumıniya (TVR)
Rusiya (RTR)
San Marino (SRMTV)
Ukrayna (NTU)
Yunanıstan (NERIT)

Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb.

Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib.

Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb.

36+1?” üzərinə bir şərh

Bir şərh yazın