INFEVision Mahnı Müsabiqəsi 2013

Standart

infewallpaperwhite10242-780x400

INFEvision Mahnı Müsabiqəsi INFE Eurovision Fan Klublarının iştirak etdiyi mahnı müsabiqəsidir və müvafiq olaraq hər il qalib gələn ölkədə keçirilir. INFEVision Mahnı Müsabiqəsinin sonuncu qalibi “Ma Ikit” adlı mahnı ilə INFE Tunis təmsilçisi Emel Malthlouthi  olub. Bu ilki müsabiqədə Tunisin  Kairoua şəhərində keçiriləcək və Azərbaycan INFE Fan Klubu da bu il ilk dəfə bu müsabiqədə iştirak edəcək. Ölkəmizi Mr.Da-Nos&Elly və Nigar Camal təmsil edəcək. Oxumağa davam et

Bizimlə Eurovision həyəcanını yaşayın

Standart

Dünyanın ən böyük Eurovision fan-klublarından sayılan INFE-nin Azərbaycan nümayəndəliyi artıq üzv qəbuluna start verdi. Bu möhtəşəm şou ilə maraqlanan, onu həyat tərzinə çevirən, ümumiyyətlə Eurovision mahnı müsabiqəsini sevən hər bir kəs INFE Azerbaijan-a qoşula bilər. Bunun üçün ad, soyad, doğum tarixi və əlaqə vasitələrinizi (telefon, sosial şəbəkələr və s.) infeazerbaijan@gmail.com e-poçt ünvanına yazıb göndərmək tələb olunur.

Image

“International Network of Fanclubs of Eurovision”

Standart

“Avroviziya Mahnı Yarışması” dünyanın ən qədim və ən uzun ömürlü musiqi festivallarından biridir. Yarışı hər il bütün dünyadan 100 – 800 milyon arası insan izləyir. Elə buna görə də yarışmanın fanları durmadan artır.
Bu gün dünya da bir çox ölkə də Eurovision klubları qurulmuş və ya qurulur. Bütün bu klubların hədəfi eynidir, hər biri ölkələrinin zəfərə çatması üçün təşkilatlaniblar.
“Avroviziya Mahnı Yarışması”nı daha da maraqlı edən bu klublar EBU (Avropa Yayım Birliyi) tərəfindən koordinasiya edilir. “International Network of Fanclubs of Eurovision” qısa adı ilə “INFE Network” EBU tərəfindən rəsmi olaraq qeydə alınan klublardan biridir. “INFE Network”-ün quruculuğu Yunanıstan Eurovision Klubu və Türkiyə Eurovision klubu Eurovisiondream-ə aiddir. “INFE Network” dünyada ki, Eurovision Fan Klubları bir dam altında toplamanı məqsəd qoyan bir təşkilatıdır.

infemembers

 

INFE Network ölkələrinin logosunu “INFE Türkiyə EurovisionDream” idarə heyəti üzvü cənab Özgün Günyar tərəfidən hazırlanıb. Yekdilliklə dizayn qəbul edilərək International logo olaraq qeyd alınıb və EBU-ya (Avropa Yayım Birliyi) bildirilib.
Olduqca zərif olan və ölkə bayraqları birlikdə çox gözəl bir görünüş əks edən logo “birliyi, xoşbəxtliyi və sevinci” təmsil edir.
Bu ilin Oktyabr ayında növbəti INFE Network” toplantısında Azərbaycanın quruma üzvlüyü müzakirə ediləcək. Buna kimi isə “INFE Azerbaijan”ın bəzi öhdəlikləri yerinə yetirməsi lazımdır. Qeyd edək ki, ” INFE Azerbaijan” fan klubu rəsmi olaraq qeydə alinarsa Azərbaycanın ikinci belə bir kulubu olacaq. Xatırladaq ki, “OGAE Azerbaijan” fan klubu Azərbaycanın ilk Eurovision fan klubudur.