Dilarə Moskvanı fəth etməyə yollanır

Standart

Bazar günü, aprelin 20-də Azərbaycanın Avroviziya 2014 təmsilçisi Dilarə Kazımova Moskvada artıq hər il keçirilən müsabiqə öncəsi Avroviziya gecəsində çıxış edəcək. Rusiyanın paytaxtı Dilarənin Avropa promo-turu ərzində baş çəkdiyi dördüncü şəhər olacaq.

timthumb

Musiqili gecə Moskvanın Karlson restoranının damında baş tutacaq. Bu il tədbirdə bir çox ölkənin Avroviziya nümayəndə heyəti iştirak edir – Malta təmsilçisi Firelight, Belarusdan Teo, San Marinoda Valentina Monetta, Moldovadan Kristina Skarlat və İsraildən Mey Faynqold. Onlar Tolmaçev bacıları ilə səhnəni bölüşəcəklər. Gecədə Dilarə özünün müsabiqə mahnısı olan Start a Fire mahnısını və məşhur Mercy mahnısını ifa edəcək. Azərbaycan müğənnisi Moskvanı ziyarət edəcəyi və həm Tolmaçev bacıları ilə, həm də məşhur Rusiya müğənnisi Filip Kirkorov ilə tanış olacağı üçün çox sevinclidir.

Moskvada Dilarənin mətbuatla bir neçə görüşü də planlaşdırılır. Azərbaycan təmsilçisi Moskva 24 telekanalının efirində görünəcək, ən məşhur əyləncə qəzetlərinin, jurnallarının, radiolarının və internet saytlarının suallarına cavab verəcək.

Moskvadan sonra Dilarə Gürcüstana və Maltaya yollanacaq. Yeniliklərimizi izləməyə davam edin, Start a Fire mahnısını dinləyin. Mahnını artıq iTunes və Amazondan əldə etmək olar.

Dilarә Kazımova özünün “Start a Fire” mahnısını 2014-cü il may ayının 6-da Kopenhagenin B&W Hallerne arenasında, Eurovision mahnı müsabiqәsinin ilk yarımfinalında 8-ci nömrә altında ifa edәcәk.

Mənbə: dilara.eurovisiontalents

Advertisements

Dilarə Moskvanı fəth etməyə yollanır” üzərinə bir şərh

  1. İlkin

    Mayın 6-sı yəni Avroviziyanın birinci yarımfinalında Dilarə səhnədə oxuyanda səndə royal, balaban və skripka olsa çox yaxşı olardı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma