“Böyük səhnə” televiziya müsabiqəsinin yarımfinalçıları müəyyənləşdirilib

Standart

379661_509591459162551_138751063_n

Müsabiqənin yarımfinal mərhələsində 6 nəfər təmsilçi adını qazanmaq uğrunda yarışacaq

“Böyük səhnə” beynəlxalq vokal müsabiqəsinin ilk şousundan növbəti mərhələyə vəsiqə qazanan 10 ifaçı səs və səhnə imkanlarını yenidən İctimai Televiziyanın efirində nümayiş etdiriblər. Onların arasından 6 nəfərə yarımfinala keçmək imkanı verildi. Müsabiqənin şərtinə əsasən respublikamızın tanınmış incəsənət xadimlərinin əyləşdiyi münsiflər heyətindən 46 –dan çox xal toplayan iştirakçılar birbaşa növbəti mərhələdə yarışmaq hüququ qazandılar. Erkin Osmanlı, Azad Şabanov, Samirə Əfəndiyeva, Dilarə Kazımova və Xana Həsənova  bu imkandan yararlanaraq, birbaşa yarımfinala keçdilər.  Yarış qaydalarına uyğun olaraq, münsiflərin qərarı ilə Elton İbrahimov yarışmanın “təhlukəli zolağı”ndan çıxarılaraq, yarımfinala keçmək şansı əldə etdi.  Qeyd edək ki, Gənclər və İdman nazirliyinin dəstəyilə reallaşdırılan “Böyük səhnə” layihəsinin yarımfinalı fevralın 23-də İctimai Televiziyanın efirində yayımlanacaq. Müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq. Həmin ifaçı Azərbaycanı Danimarkada keçiriləcək Eurovision 2014 Mahnı Müsabiqəsində təmsil edəcək. İlkin püşkatmanın nəticəsinə görə,  Azərbaycan təmsilçisi müsabiqənin mayın 6-da keçiriləcək birinci yarımfinalında şou səhnəsinə çıxacaq.  “Bizə qoşul” şüarı ilə 37 ölkə təmsilçisini bir araya toplayan müsabiqənin ikinci yarımfinalı mayın 8-də, finalı isə 10-da olacaq.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma