Mziya Gambaşidze: Onların hər biri qalibiyyətə layiqdir

Standart

step0002 (2)

İlk növbədə müsahibə üçün təşəkkür edirik.  Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?

– Mən Mziya Gambaşidzeyəm. Gürcüstanın Kutaisi şəhərində doğulmuşam. Fərqlənmə ilə Tbilisi Dövlət Konservatoriyasının, xor drujorluq fakültəsini bitirmişəm. Gürcüstanda Katie Melua (Müasir Britan musiqisinin ulduzu), Nino Surguladze (La Skala opera teatrının solisti – Seisheni və Dia Max qruppaları ilə işləyib) 2008-ci ildən Sevda Ələkbərzadənin dəvəti ilə yaradıcılıq işimi Bakıda başladım. Vokalın müxtəlif janrlarında saatlıq dərslər keçirəm və səsin oturuşu ilə məşğulam. Tünzalə Ağayeva, Samira Allahverdi, Lalə Məmmədova, Natavan Həbibi, Aysel, Safura, Samir Cavadzadə, Roza Zərgərli, Sevda Yahyayeva, Günay İbrahimli və həmçimini gələcəyin istedadlı və bacarıqlı ifacıları Aynişan Quliyeva, Suada Ələkbərova, Sabina Məmmədova və Rüfət Məmmədov kimi sənətçilərlə işləyirdim və işləyirəm. İşimin əsas prinsipi – sənətçini düzgün müsiqi düşüncəsində formalaşdırmaq, yeni istedadları və yeni səsləri ortaya çıxartmaqdır.

2. Sizcə Milli Seçim Turlarının Böyük Səhnə ilə əvəz edilməsinin səbəbi nədir?

– Mən düşünürəm ki, bu yaxşı düşünülmüş qərardır. Böyük Səhnədə və Eurovision Seçim turlarında oxuyan sənətçilər bərabər əhəmiyyətə sahibdirlər. Böyük Səhnədə oxuyan hər bir ifaçının məqsədi öz bacarıqlarını göstərərək Eurovision-a çıxmaqdır.

3. Böyük Səhnənin juriləri haqqda nə deyə bilərsiniz?

– Münsif seçimi çox düzgün olubdur. Ən yaxşı sənətçi və incəsənət xadimləri. Münsiflər halalıq ilə və düzgün formada iştirakçıları seçtilər və böyük səhnənin Ukrayna səhnəsinə yolladılar hansı ki, mən müsbət yanaşıram.

4. Sizin tələbələriniz Böyük Səhnənin ikinci şousuna vəsiqə əldə etdilər. Onların bu uğuruna inanırdınız mı?

– Bəli, mənim iki tələbəm ikinci şouya vəsiqə qazandı – Samira Əfəndiyeva (Səfi) və Fuad Əsədov. Hər ikisinin potensiyalı böyükdür. Onların çox gözəl musiqi zövqləri var. Hər ikisinin düzgün musiqi, janr və səs tembrləri var. Onlardan hər ikisi ayrılıqda cətin iş və programa sahibdirlər. Onların ölkəyə qalibiyyətlə qayıtması onların səhnədə göstərəcəklər performansdan və Allahın gücündən asılıdır. Lakin məqsədə çatmaq üçün güclü istək, çoxlu energiya və əmək sərf etmək lazımdır. Ən əsası isə musiqiyə və nəğməyə sevgi olmalıdır. Mən öz tələbələrimə müvəffəqiyyət arzulamaq istəyirəm.

5. Ayrı-ayrılıqda 10 iştirakçı barəsində fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

– Azərbaycanın bu ilki kastinqləri uğurludur. Xarizmatik, simpatik və yaraşıqlıdırlar, bunlarda böyük səhnənin əsas otributudur. Çox xoşuma gəlir iştirakçıların səs tembrinə görə seçilmələri. Düşünürəm ki, maraqlı şounun izləyiciləri olacaq. Onların hər birinin şansı var ki, Azərbaycanı Kopenhaqen-də layiqincə təmsil etsinlər.

6. Sizcə bu il bizim Eurovision simamız  kim olmalıdır?

Mən öz proqnozumu deyərək  kimsə inciməsini və ya  pis olmasını istəmirəm. Onların hamısı yaxşıdırlar. Hər biri qalibiyyətə layiqdir. Düşünürəm ki, münsiflər düzgün seçim edərək Azərbaycanın təmsilcisini seçəcəklər.  Böyük Səhnə üçün mən onların hər birinə səbr, uğur və müvəffəqiyyət arzu edirəm. Düşünürəm ki hər il olduğu kimi Azərbaycan bu ildə uğurlu pillədə olacaq. Həmçinin doğma Gürcüstanıma da uğurlar arzu edirəm. Və sizə INFE Azerbaijan çoxlu oxucu arzu edirəm. Hörmətlə Mziya Gambaşidze.

Tərcümə: Rəşad Mustafazadə

Advertisements

Mziya Gambaşidze: Onların hər biri qalibiyyətə layiqdir” üzərinə bir şərh

  1. İlkin

    Məncə onun tələbələri Samirə və Fuadın Böyük Səhnə qalibi olmağa şansları yoxdur, nəzərə alsaq Dilarə, Erkin var amma onlar da güclüdülər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma