“Böyük Səhnə Şousunun” ilk seçim turu keçirilib

Standart

3_d_Dilara_Kazimova

Birinci Şou bu bazar günü İTV-nin axşam efirində baş tutub

Dünən İTV telekanalında Böyük “Böyük Səhnə layihəsinin ” ilk şousu baş tutub.
 Qeyd edək ki, İTV kanalında yayımlanacaq olan “Böyük Səhnə” ilin ən çox gözlənilən şousudur. Beləki, bu layihənin qalibi ölkəni Danimarkada keçiriləcək olan “Eurovision 2014” Mahnı Müsabiqəsində təmsil edəcək. Böyük Səhnə Beynəlxalq vocal layihəsində seçilən 14 iştirakçı münsiflər heyəti qarşısında çıxış ediblər. Yalnız 10 ifaçı fevralın- 16 da keçiriləcək şounun növbəti mərhələsinə vəsiqə qazanıb. İlk Şouda iştirakçılar səs və xoreoqrafiya performansları ilə jurinin rəğbətini qazanıblar.
 İlk dəfə  “Böyük səhnə ” şousu ən gənc ifaçı  Lalə Sultanın ifasında “Eurovision-2012” mahnı müsabiqəsində Yunanıstan təmsilçisi Eleftherianın “Aphrodisiac” mahnısı ilə başlanıb. Valeriya Hüseynzadə isə “Eurovision-2013” müsabiqəsində alman təmsilçisinin “Glorious” mahnısını ifa edib.
Juri iştirakçıların ilkin nəticələrini qiymətləndirib. Münsiflər tanınmış və təcrübəli juri heyətidir.
 “Böyük səhnə” Beynəlxalq vokal layihəsinin münsiflər heyətinə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə, Xalq Artisti Mübariz Tağıyev, Əməkdar Artist Tünzalə Ağayeva, televiziya aparıcısı Murad Arif daxildirlər.
Növbəti mərhələyə on nəfər – Dilarə Kazımova, Elton İbrahimov, Erkin Osmanlı, Azad Şabanov, Aydın Eyvazzadə, Fuad Əsədov, Hülya İbadova, Xana Həsənova, Samirə Əfəndiyeva, Valeriya Hüseynzadə keçmişdir. Onlardan ilk 6-sı müsabiqənin şərtlərinə əsasən, 46 və ondan çox bal topladıqları üçün birbaşa, qalanları isə münsiflər heyətinin seçimi əsasında növbəti mərhələyə vəsiqə qazanıblar.
Danimarkanın Kopenhagen şəhərində “Bizə qoşulun!” şüarı altında keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında çıxış edəcək.
Juri səsverməsinin nəticələr belədir:
Dilarə Kazımova (50 xal)
Elton İbrahimov (49 xal)
Erkin Osmanlı (49 xal)
Azad Şabanov (48 xal)
Aydın Eyvazzadə (46 xal)
Fuad Əsədov (46 xal)
Hülya İbadova (45 xal)
Xana Həsənova (44 bal)
Samira Əfəndiyeva (43 xal)
Lalə Sultan (37 xal)
Ayşəbəyim Nağıyeva (37 xal)
Valeriya Hüseynzadə (37 xal)
Safa Eldar (36 xal)
Band Wave qrupu (34 xal)
Eyni zamanda Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında da  Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsi üzrə milli seçimi haqqında geniş məlumat yer alıb.
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, “Azerbaijan: Results of the first heat” sərlövhəli yazıda ölkəni təmsil etmək uğrunda münsiflər heyəti qarşısında 14 namizədin mübarizə apardığı diqqətə çatdırılıb. İlk dəfə  “Böyük səhnənin ” ilk şousu Lalə Sultanın ifasında “Eurovision-2012” mahnı müsabiqəsində Yunanıstan təmsilçisi Eleftherianın “Aphrodisiac” mahnısı ilə başlanıb. Valeriya Hüseynzadə isə “Eurovision-2013” müsabiqəsində alman təmsilçisinin “Glorious” mahnısını ifa edib.
itv.az
Advertisements

“Böyük Səhnə Şousunun” ilk seçim turu keçirilib” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma