Böyük Səhnə vokal layihəsinin aparıcıları

Standart

1005790_507651436023220_1491826881_n

Məşhur aparıcılar Hüsniyə Məhərrəmova və Tural Əsədov Azərbaycanın ictimai televiziyasında (İTV) yayımlanacaq Böyük Səhnə vokal layihəsinin aparıcıları olacaqlar.

Hüsniyə Məhərrəmova Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini, Bakı Musiqi Akademiyasını və Mədəniyyət və İncəsənət Universitetinin musiqişünaslıq ixtisası üzrə magistraturasını bitirib. Hüsniyə Məhərrəmova telekanalın 2005-ci ildə ərsəyə gətirildiyi ilk günlərdən İTV-də çalışır. Eurovision müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəridir, Eurovision milli seçimlərinin, “№1” rəqs müsabiqəsinin, Avrasiya Ulduzu musiqi layihəsinin aparıcısı, gənclər üçün “Qaraj” verilişinin təsisçisi və aparıcısı olmuşdur.

Tural Əsədov – məşhur teleaparıcı, şoumən, prodüser və aktyor. İxtisasca regionşünasdır – ABŞ üzrə mütəxəssisdir. 2003-cü ildə Bakıdakı Qərb Universitetini bitirib. Televiziyada 2001-ci ildən Space telekanalında işə başlayıb. Çox sayda reklam çarxlarının və təqdimat filmlərinin prodüserliyi ilə məşğul olub. Rejissor olaraq Azərbaycan estradasının Miri Yusif və Röya kimi ulduzlarının kliplərini ərsəyə gətirib. Hazırda Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin klipini çəkməyə hazırlaşır.

 

boyuksehne.com

Advertisements

Böyük Səhnə vokal layihəsinin aparıcıları” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma