«Böyük səhnə» layihəsinin super kastinqləri davam edir

Standart

1012855_581858975232827_1808478634_n

 

Bu gün bölgələr üzrə keçirilən ilkin dinləmələrdən seçilən ifaçılar əsas şouya vəsiqə qazanmaq üçün yarışırlar

“Böyük səhnə” layihəsinin superkastinqlərinin ilk günündə paytaxt üzrə  ilkin dinləmələrdə seçilən ifaçılar səs və səhnə imkanlarını münsiflər qarşısında nümayiş etdirilər. Peşəkarlardan ibarət münsiflər heyəti 50-dək iştirakçının çıxışını nəzərdən keçirərək 10 ballıq cədvəl üzrə qiymətləndirdilər.Bu gün isə artıq bölgələr üzrə seçilən ifaçılar çıxış edir. Xatırladaq ki, böyük səhnə layihəsinin bölgələr üzrə ilkin dinləmələri Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Şirvan, Şəki və Quba daxil olmaqla 7 şəhərdə keçirilib. İştirakçılar münsüflər qarşısında  xüsusi səhnə geyimi və  orijinal rəqs quruluşu ilə çıxış etdilər.Onlardan 40 bal toplayan ifaçılar əsas şouda yarışmaq şansı qazandılar.Qeyd edək ki, əsas şouda yalnız 12 nəfərə yarışmaq hüququ veriləcək.
Bu mərhələdə ifaçıların səhnə hazırlıqlarına  dünyanın tanınmış prodüser və musiqiçiləri cəlb olunacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən böyük səhnə televiziya müsabiqəsi təkcə qalibinə deyil, eləcə də peşəkar istiqamətdə təcrübə tolplamaq istəyən  gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqda əhəmiyyətli olacaq. Müsabiqədə 16 yaşdan yuxarı ifaçılar yarışır. Böyük səhnənin iştirakçıları səhnə arxasında da məşqlərinə ara vermədilər.
Ümumilikdə 7 həftə müddətində davam edəcək “Böyük səhnə” layihəsi çərçivəsində tamaşaçılara iki fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları da təqdim ediləcək. Layihənin qalibi, yəni Azərbaycanın Eurovision 2014 mahnı müsabiqəsində  təmsiçisi isə martın 2-də müəyyənləşəcək. Yanvarın 27-dən 31-dək böyük səhnə layihəsinin ilkin dinləmə mərhələsi və kastinqləri ilə bağlı silsilə verilişlər yayımlanacaq. Verilişləri hər gün saat 21.30-da İctimai Televiziyanın efirindən izləyə bilərsiniz.
Advertisements

«Böyük səhnə» layihəsinin super kastinqləri davam edir” üzərinə 7 şərh

  1. İlkin

    Keçən ilki Böyük Səhnə iştirakçılarından bu il yenidən qəbul olunanlar var Avroviziya təmsilçisi seçiminə ?
    Bilmək istəyirəm ki keçən ilkilər bu il də iştirak edə bilərlər ? (Dinləmələr artıq yekunlaşdı buna görə bilmək istəyirəm ki, əsas şouda keçən ilki Böyük Səhnə iştirakçılarından kimsə və yaxud kimlərsə iştirak edəcək ? sizdə məlumat var ?)

    • Bizdə olan məlumatlara görə bu il seçimlərə Rilaya yenidən qatılıb və Böyük Səhnənin Final mərhələsinə keçib. Qeyd edək ki, Rilaya keçən il Milli Seçim Turlarının da Final mərhələsinə qədər yüksələ bilmişdir.

      • İlkin

        Cavab üçün çox sağ olun.
        Keçən ilki Böyük Səhnə iştirakçılarının bəzilərini Avroviziyaya layiq görmürəm yəni ki, uyğun hesab etmirəm, elə həmin iştirakçılardan biri adını yazdığınız Rilaya (Valeriya Hüseynzadə) digərləri isə Vlada Axundova, Leyla Əliyeva, Tomris Nəibli, Aysel Babayeva.Sonda yazdığım iki iştirakçı Tomris və Ayselin səsi yoxdur mənə görə yəni əgər Eurovision kimi məsuliyyətli uzun illərin müsabiqəsindən söhbət gedirsə, əgər adlarını yazdığım iştirakçıları münsiflər bu il də Avroviziya təmsilçisi seçimlərinə qəbul eiblərsə təbii ki, onlar qatılmaq istəyiblərsə məncə layiqli seçim etməlidilər münsiflərimiz necə ki bunu ESC-də iştirak etdiyimiz 6 il ərzində ediblər.
        Keçən ilki Böyük Səhnə iştirakçısı Nigar Hüseynovanın ifası isə çox sıxıcı idi oxuduğu bütün mahnılarda eyni təsir bağışlamışdı, o da bu il qatılıbsa və o hətta təmsilçi seçilsə onun səsinə, janrına uyğun mahnı ilə müsabiqədə iştirak etməyimiz bizim üçün məncə artıq uğurlu olmaz.Bu il biz bu müsabiqədə əvvəlki illərdəki mahnılarımızdan fərqlənən bir mahnı ilə iştirak etməliyik.
        Keçən ilki Böyük Səhnə iştirakılarından yalnız iki nəfəri Avroviziyada bizi təmsil etməyə layiq görürəm bunlar Səidə Əliyeva və Cəbrayıl Rəsulov bu iki nəfər seçimlərə qatılıbsa onlar buna layiqdir mənə görə.Səidənin səsi güclüdür.
        Əlavə olaraq bu il üçün bizi təmsil edəcək şəxsin ya Çingiz Mustafayev ya da münsiflərin içərisində əyləşən İlhamə Qasımova olmasını çox istəyərdim (Əsas sonda yazdığım bu iki nəfərdən birinin bizim təmsilçimiz olmağını istəyərdim.)
        İlhamə Qasımova düzgün seçilmiş mahnı ilə Azərbaycanı Avroviziyada təmsil etsə mən əminəm ki, o birinci ola bilər.

  2. Dəyərli fikirlərinizə görə çox sağ olun. Ümid edirik ki, sizin fikirlərinizi münsiflər heyətindən və ya seçimlərə qatılan iştirakçılardan hər hansı biri oxuyacaq.

    • İlkin

      Dəyməz, siz də sağ olun.Əstafullah mən münsiflərə nə etmək lazım olduğunu öyrətmirəm, onlar öz işlərini bilirlər və hər il sonda doğru seçim etdilər və Avroviziyada bizi təmsil etmək üçün lazım olan iştirakçıları seçdilər yəni ki, düzgün seçim etdilər, mən isə sadəcə olaraq bu il də belə düzgün seçim olmağını istəyirəm.Bundan əvvəlki illərdə Milli Seçim Turlarında səhnəyə aidiyyatı olmayan çoxlu iştirakçılar qəbul olunurdu milli seçimlərdə iştirak etmək üçün amma bildiyim qədəriylə onları seçimlərə qəbul edən münsiflər ilə sonda təmsilçimizi seçən münsiflər başqa insanlar idi.Bu il isə əvvəlki illərdən fərqli olaraq 70 nəfər yox 12 nəfər seçiblər, bu isə ən doğru qərar oldu.
      Əvvəlki illərdə milli seçimlərdə həftə ərzində olan seçimlərdə çox bərbad ifalar da var idi, məslən keçən il 2012-ci ilin qalibi Loreen-nin Euphoria mahnısını çox bərbad formada yola verdilər və iki nəfər ingilis twitter-də o iştirakçılara gülüb lağ edirdilər.(Düz sözə nə deyəsən)
      Ən azından bu il elə iştirakçıları görməyəcəyik.
      Bu linkdəki iştirakçının həftə ərzində “oxumağına” qulaq asanda ilkin dinləmələrin münsifi olmaq istəmişdim özü də tək 😀

      • Milli Seçim Turları bir çox cəhətləri ilə Böyük Səhnədən geri qalır. Yaxşı ki, təmsilçimizi Böyük Səhnə şousu müəyyənləşdirəcək.
        Video qaldıqda isə yumor ustaları belə bu xanım qədər bizi güldürə bilməzdi 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma