İTV-nin «Böyük səhnə» layihəsinin seçim turlarına start verilib (yenilənib)

Standart

Layihənin qalibi Azərbaycanı bu ilin mayında Danimarkada keçiriləcək 59-cu «Eurovision» Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanacaq

841218_322839467837752_82445695_o

 

59-cu Eurovision mahnı müsabiqəsinə Azərbaycan təmsilçisinin axtarışına başlanılıb 
 Bu məqsədlə «Böyük səhnə» layihəsinin ilkin dinləmə  mərhələlərinə Sumqayıtdan start verilib
Azərbaycanın bu il Daniumarkanın paytaxtında keçiriləcək 59-cu Eurovision mahnı müsabiqəsində təmsilçisinin axtarışına başlanılıb. Bu məqsədlə “Böyük səhnə” televiziya müsabiqəsi layihəsinə star verilib. İlkin dinləmələrin respublikamızın 8 şəhəri üzrə aparılması nəzərdə tutulur. İlkin seçimlərə Sumqayıt və Gəncə şəhərindən başlanılıb. Layihənin rəsmi saytında qeydiyyatdan keçən 16 yaşdan yuxarı şəxslər səs və səhnə imkanlarını sınayıblar.Hər bir ifaçı iki  mahnı ilə çıxış edib. Qeyd edək ki, “Böyük səhnə” layihəsinin bölgələr üzrə seçim turu yanvarın 13-dək davam etdiriləcək.Növbəti seçim turlarının Lənkəran və Yevlax şəhərlərində təşkili nəzərdə tutulub. Yanvarın 13-dən isə seçim turları Bakıda davam etdiriləcək.Layihənin 7 həftə müddətində davam etdirilməsi planlaşdırılır. “Böyük səhnə” yaradıcı heyəti tamaşaçılara İctimai televiziyanın efirində 2 möhtəşəm və dinamik şou təqdim edəcək. Layihənin əsas şousuna vəsiqə qazanacaq 12 nəfər isə xüsusi mütəxəsislərin köməyi ilə səhnə hazırlıqlarını davam etdirəcək. Qeyd edək ki, “Böyük səhnə ” layihəsinin qalibi ölkəmizi bu il Danimarkanın ev sahibliyi etdiyi 59-cu Eurovision şousundakı təmsilçisi adını qazanacaq. Gənclər və Idman nazirliyinin dəstəyi ilə keçirilən “Böyük səhnə” layihəsi ilə bağlı ətraflı məlumatları İctimai televiziyanın efirində izləyə bilərsiniz.
***
İctimai Televiziyanın efirində yayımlanacaq “Böyük səhnə” layihəsinin seçim turlarına start verilib. Layihənin qalibi Azərbaycanı bu ilin mayında Danimarkada keçiriləcək 59-cu Eurovision Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanacaq.
Layihənin ilkin dinləmə mərhələləri Azərbaycanın 8 böyük şəhərində aparılacaq.  “Böyük səhnə” televiziya müsabiqəsinin bölgələr üzrə seçim turları yanvarın 9-dan 13-dək davam edəcək. Musiqi yarışmasında səs və səhnə imkanlarına inanan 16 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Hər bir ifaçıdan ən azı 2–i mahnı ilə münsiflər qarşısında çıxış etmək tələb olunur. Mahnılardan birinin Azərbaycan dilində olması zəruri, digərinin isə ingilis dilində səsləndirilməsi arzu ediləndir.
Yarışmaçılar arasından 12  ifaçı seçilərək, əsas şouya vəsiqə qazanacaqlar. “Böyük səhnə” tamaşaçılara fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları təqdim edəcək.
Qeyd edək ki, martın əvvəlinədək davam edəcək “Böyük səhnə” layihəsinin qalibi ölkəmizin bu il Danimarkanın paytaxtında keçiriləcək 59-cu Eurovision şousundakı təmsilçisi adını qazanacaq. Gənclər və İdman nazirliyinin təşəbbüsü ilə keçirilən “Böyük səhnə” televiziya müsabiqəsinin gedişatını və layihə ilə bağlı ətraflı məlumatları müntəzəm olaraq İctimai Televiziyanın efirindən izləyə biləcəksiniz.
itv.az
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma