59-cu Eurovision mahnı müsabiqəsinə Azərbaycan təmsilçisinin axtarışına başlanılıb

Standart

841218_322839467837752_82445695_o

Bu məqsədlə «Böyük səhnə» layihəsinin ilkin dinləmə mərhələlərinə Sumqayıtdan start verilib.

Azərbaycanın bu il Daniumarkanın paytaxtında keçiriləcək 59-cu Eurovision mahnı müsabiqəsində təmsilçisinin axtarışına başlanılıb. Bu məqsədlə “Böyük səhnə” televiziya müsabiqəsi layihəsinə star verilib. İlkin dinləmələrin respublikamızın 8 şəhəri üzrə aparılması nəzərdə tutulur. İlkin seçimlərə Sumqayıt və Gəncə şəhərindən başlanılıb. Layihənin rəsmi saytında qeydiyyatdan keçən 16 yaşdan yuxarı şəxslər səs və səhnə imkanlarını sınayıblar.Hər bir ifaçı iki  mahnı ilə çıxış edib. Qeyd edək ki, “Böyük səhnə” layihəsinin bölgələr üzrə seçim turu yanvarın 13-dək davam etdiriləcək.Növbəti seçim turlarının Lənkəran və Yevlax şəhərlərində təşkili nəzərdə tutulub. Yanvarın 13-dən isə seçim turları Bakıda davam etdiriləcək.Layihənin 7 həftə müddətində davam etdirilməsi planlaşdırılır. “Böyük səhnə” yaradıcı heyəti tamaşaçılara İctimai televiziyanın efirində 2 möhtəşəm və dinamik şou təqdim edəcək. Layihənin əsas şousuna vəsiqə qazanacaq 12 nəfər isə xüsusi mütəxəsislərin köməyi ilə səhnə hazırlıqlarını davam etdirəcək. Qeyd edək ki, “Böyük səhnə ” layihəsinin qalibi ölkəmizi bu il Danimarkanın ev sahibliyi etdiyi 59-cu Eurovision şousundakı təmsilçisi adını qazanacaq. Gənclər və Idman nazirliyinin dəstəyi ilə keçirilən “Böyük səhnə” layihəsi ilə bağlı ətraflı məlumatları İctimai televiziyanın efirində izləyə bilərsiniz.
itv.az
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma