“Junior Eurovision 2013” təmsilçimiz Rüstəm Kərimov Eurovision səhnəsində əsas məşqini edib

Standart
Təsvir
Noyabrın 29-u uşaqlar arasında “Junior Eurovision-2013” müsabiqəsinin iştirakçıları üçün çox əlamətdar gün olub: “Ukraina” milli incəsənət sarayının səhnəsində peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi baş məşqlər keçirilib.
Ekspertlər arasında səsvermə gizli keçiriləcək. Noyabrın 30-da final yarışmasında bu səsvermənin nəticələrinə televiziya tamaşaçılarından alınmış qiymətlər də əlavə ediləcək və bundan sonra uşaqlar arasında “Eurovision-2013” müsabiqəsinin mütləq qalibinin, habelə ikinci və üçüncü yerləri tutmuş mükafatçıların adları məlum olacaq.
Müsabiqənin aparıcıları – “Junior Eurovision-2013” yarışmasının ukraynalı finalçısı Zlata Oqneviç və onun həmvətəni, beynəlxalq müsabiqənin şərhçisi Timur Miroşniçenko bu gün Azərbaycan nümayəndəsi, Rəşid Behbudov adına uşaq musiqi məktəbinin 10 yaşlı şagirdi Rüstəm Kərimovu səhnəyə dəvət ediblər. Rüstəm beynəlxalq mahnı müsabiqəsinin finalında sayca ikinci çıxış edəcək.
Rüstəm Kərimov 2003-cü il avqustun 18-də Bakıda anadan olub. 2 yaşında ikən oxumağa başlamış Rüstəm o vaxtdan musiqiyə bağlanıb. Ailədə əsl konsertlər təşkil edir, cizgi filmlərindən mahnılar oxuyurdu. Uşaq bağçasına gedərkən Rüstəm tezliklə yaşıdlarının musiqi kumirinə çevrilib, məktəbdə isə bütün konsertlərdə artıq bir nömrəli ulduz hesab edilmişdi. Bu istedadlı oğlan 2011-ci ildə Rəşid Behbudov adına musiqi məktəbində fortepiano çalmağı öyrənməyə başlayıb.
Rüstəm musiqi aləmində Rəşid Behbudov və Maykl Ceksona, Müslüm Maqomayev və Stivi Uanderə pərəstiş edir.
Bu gün Rüstəmin baş məşqdə ifa etdiyi “Me and my Guıtar” (“Mən və mənim gitaram”) adlı mahnı zalda əyləşənlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Azərbaycanın gənc nümayəndəsi bu müsabiqədə mübariz əhval-ruhiyyədə və qələbə qazanmaq əzmindədir.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma