Montenegronun “Eurovision 2014” təmsilçisi artıq məlumdur

Standart

Image  O, Bakıda keçirilmiş “Eurovision 2012”-nin xüsusi dəvətlisi və fəxri qonağı Sergej  Ćetkovićdir

  Danimarkada  keçiriləcək  builki mahnı müsabiqəsində Monteneqronu ölkənin məşhur pop  müğənnisi Sergej Ćetković təmsil edəcək. Monteneqronin İctimai televiziyası miilli seçim turunda  səsvermə qaydaları  artıq neçə illərdir ki, dəyişilməz qalır. Monteneqro rəsmən 2007-ci ildə  Eurovision mahnı müsabiqəsinə qatıldıqdan sonra ölkə təmsilçisi daxili səsvermə yolu ilə seçilməyə  başladı. Monteneqronun ictimai yayım kanalı RTCG rəsmən  Eurovision 2014 təmsilçisinin adını  açıqlayıb. 
  RTCG –nin  təşkil etdiyi mətbuat konfransında bildirilib ki, müsabiqədə oxunulacaq mahnı barədə    ətraflı məlumat yaxın zamanda tamaşaçılara bildiriləcək. Mətbuat konfransında jurnalistlərə  müsahibəsində   Monteneqro təmsilçisi Sergej Ćetković  bildirib ki,  hal –hazırda  iki  şey artıq  dəqiqdir : Birincisi   Kopenhagendə keçiriləcək  mahnı müsabiqəsində ölkəmi yüksək səviyyədə mən  təmsil edəcəm. İkincisi isə müsabiqədə oxunacaq mahnını özüm bəstələyəcəm. Mahnı ritmik notlar  üzərində qurulacaq yüksək səviyyəli   sevgi mahnısı olacaq.Sergej o cümlədən mətbuat  konfransında qeyd edib ki,mənim üçün bu çox gözəl nəticədir. Ümüd edirəm ki, Eurovision 2014- ün  qalibi mən olacam.
  Sergej Ćetković  Bakıda keçirilən Eurovision 2012 mahnı müsabiqəsi barədə pozitiv düşüncələrini  bölüşərkən deyib:” Zənnimcə Bakıda keçirilən Eurovision 2012 mahnı müsabiqəsi müsabiqə  tarixində yüksək səviyyədə  təşkil edilən ən yaxşı yarışmalardan biri idi.”
   Xatırladaq ki, Sergej Ćetković Eurovision tamaşaçılarına Azərbaycanda keçirilən Eurovision 2012  mahnı müsabiqəsindən tanışdır. Bakıda keçirilən 57-ci Eurovision mahnı müsabiqəsi zamanı  Sergej  xüsusu dəvət edilən   fəxri qonaq kimi iştirak etmişdi. O, bildirib ki , Bakıda müsabiqə zamanı  keçirtdiyi bu təcrübə ona çox şey qazandırdı.
  Xatırlayaq ki, Sergej Ćetković hələ  7  yaşında ikən Monteneqronun məşhur  Vatrena Srca ( Sevən Qəlblər) qrupunun tərkibində oxumağa  başlayıb. Professional şəkildə isə musiqi kariyerasına Bila Si Ruža mahnısıyla başlayıb.2000- ci ildə isə Kristina adlı  ilk solo albomunu buraxır.
 Monteneqro ümumən Eurovision mahnı müsabiqəsində iştirak etdiyi  6 il  ərzində bir dəfə də olsun  finala vəsiqə qazana bilməyib. Buna baxmayaraq ədə edilən ən yaxşı nəticə isə 2009- cu ildə Andrea Demirović ifa etdiyi mahnı ilə yarımfinalda 11-ci yeri tutub.
itv.az
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma