“Junior Eurovision” təmsilçimizin uğur qazanacağına böyük ümidlər var

Standart

1401745_408261885971706_1246811962_o
   İctimai Televiziya və Radio Yayımları Şirkəti noyabrın 30-da Ukraynanın paytaxtı Kiyevdə    keçiriləcək “Junior   Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçını  artıq seçib. Belə ki, İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr  keçirib. Dinləmələrə 10-15 yaş arası 100-dən çox uşaq qatılıb.

 Beləliklə, bu il müsabiqədə ölkəmizi Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Rüstəm Kərimov təmsil edəcək. İştirakçımızın müsabiqədə ifa edəcəyi mahnı da artıq məlumdur. İştirakçımız “Mən və mənim gitaram” adlı mahnı ilə müsabiqədə iştirak edəcək. Beynəlxalq yarışmada ifa olunacaq mahnının musiqisi xarici bəstəkar tərəfindən yazılsa da, sözləri Murad Arifə aiddir.

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova bizimlə söhbətində Rüstəm Kərimovun yaşına görə dünyagörüşünün geniş olduğunu qeyd etdi. Onun sözlərinə görə, “Junior Eurovision” müsabiqəsinə istedadlı və standartlara cavab verən azyaşlı ifaçını uzun müddət axtarıb və sonda axtardıqlarını tapıblar: “Ötən ay “Junior Eurovision” müsabiqəsinin Azərbaycandakı iştirakçısını seçmək üçün elan verdik. Müsabiqəyə peşəkar və qeyri-peşəkar səsə malik uşaqlar gəldilər. Bir neçə mərhələ keçdikdən sonra çoxları ələndi və nəticədə seçimimiz Rüstəm Kərimov oldu. Müsabiqədə bir çox istedadlı uşaq iştirak edirdi. Ona görə də seçim etmək bizə çətin gəldi. Səhnədə nə görmək istədiyimizi bildiyimizə görə seçimimiz Rüstəmdən yana oldu. Rüstəm bizi sözün hər mənasında qane etdi. O, həm səhnə performansı, həm danışıq tərzi, həm də səsinin diapazonuna görə “Eurovision” standartlarına cavab verə bilən iştirakçıdır. Qeyd etdiyim xüsusiyyətlərə görə əminliklə deyə bilərəm ki, Rüstəm bizim uğurlu seçimimizdir. İnanıram ki, bizi yaxşı təmsil edəcək. Baxmayaraq ki, 10 yaşı var, güclü səsə malikdir. Rüstəm çox dəcəldir, pozitivdir, onun çox parlaq gələcəyi olacaq”.

Hüsniyyə Məhərrəmova Rüstəmi seçərkən onun səsinə də böyük önəm verdiklərini və dünyaca məşhur olan yarışmada Azərbaycanı layiqincə təmsil edə biləcəyinə əmin olduqlarını da söylədi: “Rüstəmin maraqlı səs tembri var. Onun gözəl səhnə hərəkəti, daxili azadlığı bizə əminliklə danışmağa imkan verir. Bütün bunlarla bərabər, iştirakçımızın gözəl danışıq qabiliyyəti var. Əminəm ki, press-konfransda mətbuat nümayəndələri onun danışığına vurulacaq. Ən azından, mətbuat nümayəndələri ilə danışığına görə onlar Rüstəmə səs verəcəklər”.

1396939_408261625971732_977425107_o

H.Məhərrəmova mahnının artıq hazır olduğunu və müsabiqəyə hazırlaşmaq üçün vaxtın az qaldığını qeyd etdi. Onun sözlərinə      görə, hazırda Rüstəmin səhnə performansı üzərində iş gedir: “İstəyirik ki, Rüstəm səhnədə mahnını aydın və peşəkar ifa edə bilsin.    Buna görə də hazırlıqlarımız davam edir. Bu həftədən səhnə şousu ilə məşğul oluruq. Yarışma üçün maraqlı bir performans  düşünürük. Hər zaman olduğu kimi, yenə də əsas məqsədimiz sənədə iştirakçımızın sadəliyini və zövqlüyü qorumaqdır. Yəni  Rüstəmin ifasında Ukrayna səhnəsində sadə və zövqlü bir şou olacaq. Mahnının sözlərinə gəlincə isə, ötən il mahnının çox hissəsi  ingilis dilində olduğu üçün sonradan dəyişdirildi. Keçən il də biz müsabiqəyə gec qatılmışdıq. Mahnının birinci ingilis versiyası  hazırlanmışdı. Daha sonra mahnını müsabiqənin qaydalarına uyğunlaşdırdıq. Bu il isə mahnını müsabiqə qaydalarına uyğun  hazırlamışıq. Çünki bu il artıq müsabiqədə təcrübəmiz var deyə işlərimiz daha rahat gedir”.

Aparıcı seçim mərhələsində iştirak edən münsiflər heyətinin adını açıqlamayaraq bunun müsabiqənin yekunları bəlli olmayınca    açıqlanmasının qadağa olunduğunu bildirdi. Onun sözlərinə görə, müsabiqənin qaydaları artıq dəyişib.

Müsabiqədə ifa olunan “Mən və mənim gitaram” adlı mahnının sözlərinin müəllifi Murad Arifin açıqlamasında mahnın sözlərini    qısa bir zaman ərzində ərsəyə gətirdiyini söylədi: “Hüsniyyə xanım mənə “Junior Eurovision” yarışması üçün musiqi yazarları    arasında kartinqin keçirildiyini dedi. Mən də musiqini dinlədim və bu mövzu birdən ağlıma gəldi. Düşündüm ki, bu sözlərin quruluşunda dəcəl uşaqların həyatı, düşüncələri daha yaxşı əks olunar. Musiqi mənə bu sözləri yazmağa vadar etdi. Sözlər rahat şəkildə yazıldı. Bir günə yazdım, təhvil verdim. Bir gün sonra mənə dedilər ki, məhz sənin sözlərin seçilib. Yazdığım sözlərin müsabiqədən keçdiyini eşidəndə çox sevindim. Düşündüm ki, əcnəbi dinləyicilərin qulağına xoş gələn kəlmələrdir. Hüsniyyə xanım mənə söylədi ki, musiqinin ritmini, formatını, tələblərini düz tutmusan. Ötən gün klipi izlədim və iştirakçımıza da vuruldum. Rüstəm mənim balaca oğlum Mikayıla oxşayır. Ona uğurlar arzulayıram. Bildiyimiz kimi, “Junior Eurovision”-da ilkin iştirakımız uğurlu nəticə göstərmədi. Çox istəyərəm ki, bu il Rüstəm balamız bizə şans gətirsin. İnşallah, inanıram ki, bu mahnı ona uğur gətirəcək. Buradan xaricdə yaşayan soydaşlarımıza səslənərək onlara söyləyirəm ki, Rüstəmə dəstək olsunlar”.

1457565_10151998187733606_1707755195_n

Qeyd edək ki, Azərbaycan “Junior Eurovision” müsabiqəsində ilk dəfə 2012-ci ildə iştirak edib və 11-ci yeri tutub. Ümid edirik ki, Rüstəm Kərimov vətənimizi daha yaxşı təmsil edərək, ön sıralarda yer tutacaq. Bizə isə iştirakçımıza uğurlar arzulamaq qalır.

Kaspi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma