Prezidentin qızına görə konsertini ləğv etdi

Standart

1-lara-fabian

1988-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən 33-cü Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu  Jacques Cardona və Alain Garciacın mahnısı olan  “Croire” (İnam) ilə təmsil etmiş və dördüncülük qazanan məşhur belçikalı müğənni Lara Fabian Özbəkistandakı konsertini ləğv edib.

Facebook-da yaydığı mesajda o özünün repressiv rejimin müsbət imicini yaratmaq üçün “vitrin kimi” istifadə edilməsindən şoka düşdüyünü yazıb.

Fabian bildirib ki. Daşkənddə təşkil olunan mədəniyyət festivalının Özbəkistanın avtoritar prezidentinin qızı Gülnarə Kərimova tərəfindən təşkil edildiyini biləndən dərhal sonra konserti ləğv etmək qərarı verib.

Müğənni qeyd edib ki, o, təməl insan haqlarını pozan rejimləri heç zaman dəstəkləməyib.

43 yaşlı Fabiana görə, avtoritar ölkədə konsertlə çıxış etməklə insan haqlarını pozanların birbaşa təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək arasında fərq var.

Kərimova festivalı 2006-cı ildən bəri keçirir.

karimovaphotos

Mənbə: Azadlıq Radiosu Azərbaycan

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma