Eldar “Formaggio” dərgisinə müsahibə verib

Standart

“Eurovision” birincisi Eldar Qasımov oxumaqla yanaşı, aşbazlığı da bacarır.

Sənətçi “Formaggio” dərgisinə müsahibəsində dadlı yeməklər bişirdiyini və qab yumağı sevdiyini deyib:

“İtaliya mətbəxi çox gözəldi. Pitsadan çox xoşum gəlir. Sözsüz ki, mənim üçün ən birinci yerdə Azərbaycan mətbəxi durur. Bizim yeməklərdən doymaq olmur. Dolmanın hər bir növünü, xüsusən də daha çox yarpaq dolmasını bəyənirəm. Qurman deyiləm, sadəcə çox yeyənəm. Özü də elə yeməklər var ki, onları özüm bişirməyə çalışıram. Yemək bişirməyi çox sevirəm. Aş bişirirəm, dolma bükürəm. Düz 1 ilə yaxındır ki, aşpazlıqla məşğul oluram, etiraf edim ki, bu proses əsəblərimi çox sakitləşdirir. Bir də qab yumaq məni çox sakitləşdirir. Evimə qabyuyan maşın almıram, çünki bilirəm ki, əhvalım pis olan kimi mütləq ya qab yumalıyam, ya da ki yemək bişirməliyəm”.

Winners_of_the_Eurovision_Song_Contest_2011_Eldar

Eldar bildirib ki, əgər o, sevirsə, yemək yeyə bilmir:

“Sevəndə boğazımdan bir loxma belə keçmir. Yemək yeməyəndə, ya da ki iştaham olmayanda, nənəm yaxınlaşır və gülə-gülə soruşur: “Nədi… yenə vurulmusan?”

Müğənni hazırda sevgilisi olduğunu da etiraf edib:

“Səhnə adamları çox tez vurulur, tez də ayrılırlar. Hazırda hisslərim oyaqdı. Etiraf edirəm: bəli, hazırda sevdiyim qız var və əfsuslar olsun ki, o, yemək bişirə bilmir. Bu, mənim üçün vacib deyil, çünki özüm bişirə bilirəm. Ev işlərini bölərik: mən əsəbi olmayanda qabları o yuyar”.

Milli.Az

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma